Cənubi Qafqaz
Parlament mühasirəyə alınacaq: Paşinyan binadadır - İrəvanda nə baş verir?
Bu gün Ermənistanda qızğın siyasi hadisələrin olacağı gözlənilir.
Publika.az xəbər verir ki, Ermənistan parlamentində 2023-cü ilin dövlət büdcəsinin icrası haqda hesabat müzakirə edilir.
İclasda Nikol Paşinyan və nazirlər də iştirak edirlər. Keşiş Baqrat Qalstyanın rəhbərlik etdiyi müxalifət hərəkatının parlamentə yürüş edəcəyi gözlənilir. Məlumatlara görə, müxalifət Paşinyan parlamentdə olduğu vaxt binanı mühasirəyə almağı planlaşdırır.
“Hraparak” nəşri isə yazır ki, hakimiyyət parlamentin mühasirəsinə qarşı bütün sərt addımları atacaq. Nəşrin iddiasına görə, artıq bununla bağlı tapşırıqlar verilib, bütün hökumət və güc strukturları bu ssenariyə hazırlaşır.
“Parlamentin ətrafında çoxsaylı polis qüvvələri toplaşıb. Binanın daxilində də nəzarət gücləndirilib. İclasda isə yalnız operatorlar və fotoqraflar iştirak edir, jurnalistlər iclas otağının yaxınlığına belə buraxılmayıb”, - nəşr qeyd edir.
Asif
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin124 Oktyabr 21:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan

























.jpg)









