Cənubi Qafqaz
Əliyevə məktub yazan Natali İrəvanda türkyönümlü partiya yaradır - Sensasion iddia
Ermənistanda Türkiyəyönümlü partiya yaradılması təşəbbüsləri barədə daha əvvəl məlumat vermişdik.
Publika.az xəbər verir ki, bu məsələ yenidən gündəmə gəlib.
İrəvan Ağsaqqallar Şurasının üzvü Marina Xaçatryan deyib ki, belə bir partiyanın qurulması işinin arxasında Türkiyədə yaşayan Natalya Aleksanyan dayanır.
“Bu xanım internetdə aktiv kampaniya apararaq, Türkiyə ilə münasibətləri dəstəkləyən partiyanın yaradılmasına çalışıb. Yeni partiyanın rəhbərliyində “Millətin səsi” partiyasının üzvü olmuş Roman Nazaryan var”, - o deyib.
Qeyd edək ki, erməni bloger N.Aleksanyan ötən ilin sentyabrında Qarabağdakı separatçılara qarşı anti-terror tədbirlərinin həyata keçirilməsi zamanı Prezident İlham Əliyevə məktub yazmışdı. N.Aleksanyan Azərbaycan prezidentindən Qarabağdakı erməni əhalisinin təhlükəsizliyinin təmin edilməsini xahiş edirdi. Onun bu məktubu separatçılar və erməni revanşistlər tərəfindən “xainlik” kimi qiymətləndirilib.
“Hraparak” nəşri yazır ki, yeni yaradılacaq partiyanın texniki işləri yekunlaşmaq üzrədir. Nəşr partiyanın rəhbəri olacaq Roman Nazaryandan məsələyə münasibət öyrənib.
Nazaryan bildirib ki, partiyanın Türkiyəyönümlü olması iddiaları doğru deyil: “Partiyanın nizamnaməsi, proqramı, ideyaları var. İdeyalardan biri də Ermənistanın ərazi bütövlüyü və suverenliyinin qorunması, regionda sülhün bərqərar olmasıdır. Natalya Aleksanyan Türkiyədə yaşayır, amma bu o demək deyil ki, o türkpərəstdir. AXC-nin (daşnaklar) İstanbul və Ankarada ofisi var, orada erməni kilsəsinin yeparxiyası fəaliyyət göstərir. İndi kilsənin Türkiyə tərəfdarı olduğunu deyək?!”
R.Nazaryan bildirib ki, yeni yaradılacaq partiyanın adı Ermənistan Dövləti Partiyası olacaq.
“Bir neçə gündən sonra təsis qurultayı olacaq, yaxın günlərdə açıqlama verəcəyik. Natali partiyanın işində de-yure iştirak etməyəcək. Biz heç bir ölkəni yox, Ermənistanı dəstəkləyirik”, - o bildirib.
Asif
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin124 Oktyabr 21:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan

























.jpg)









