Cənubi Qafqaz
Qapalı görüşün yeni detalları: Bakı sərhəddəki qoşunla bağlı İrəvana nə deyib? - VİDEO
Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ötən həftə hakim “Mülki müqavilə” fraksiyasının deputatları ilə keçirdiyi qapalı görüşün yeni detalları yayılıb.
Publika.az xəbər verir ki, “Hraparak” nəşri görüşün 1,5 saat davam etdiyini yazır.
“Görüşün keçirildiyi gün Baqrat Qalstyanın rəhbərlik etdiyi hərakat Xarici İşlər Nazirliyinin binasını mühasirəyə almışdı, Mirzoyanla görüş tələb edirdilər. Mirzoyan isə hakim partiyanın deputatları ilə görüşə getdi. O, çox yorğun olub, həmçinin, sülh sazişi ilə bağlı ciddi dəyişikliyin olmadığı üçün görüş çox çəkməyib. Cəmi 1,5 saat ərzində deputatlar müəyyən məsələləri soruşublar, Mirzoyan da diplomatik danışıqlarla bağlı onları məlumatlandırıb, xüsusilə Almatıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən danışıb.
Bildirib ki, Azərbaycan Alma-Ata bəyannaməsini sülh sazişinə daxil etmək istəmir. Müqavilənin mətnində Alma-Ata bəyannaməsi əksini taparsa, Azərbaycan Ermənistanı 29,8 min kvadratkilometr ərazidə tanıyacaq. Sual verilib ki, Azərbaycan bundan imtina edərsə, hansı sərhədlərlə müqavilə imzalamaq istəyir? Mirzoyan bildirib ki, Azərbaycan bunu açıq şəkildə demir, yəni Ermənistanın sərhədlərini özü çəkmək istəyir”, - nəşr yazır.
Nəşr qeyd edir ki, Mirzoyan Azərbaycanın qoşunların geri çəkilməsi məsələsindəki mövqeyindən də danışıb.
“Nazir qeyd edib ki, Ermənistan tərəfi Cermuk (İstisu) və sərhədin digər hissələrindən qoşunların geri çəkilməsini istəyir. Azərbaycan isə bir millimetr belə geri çəkilmək niyyətində deyil”, - nəşr mənbələrinə istinadən yazıb.
Asif
-
Rəsmi xronika23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin121:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto

























.jpg)









