Cənubi Qafqaz
Saakaşvilinin yaratdığı partiyanın rəhbəri İSTEFA VERDİ - FOTO
Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixeil Saakaşvilinin təsis etdiyi “Vahid Milli Hərəkat” partiyasının sədri Levan Xabeişvili səhhətində yaranan problemlə əlaqədar postunu tərk etmək qərarına gəlib.
Publika.az xəbər verir ki, siyasətçi bu barədə mətbuat konfransı zamanı məlumat verib.
“Mən konkret qərar vermişəm. Bir neçə gündən sonra partiyanın qurultayını çağıracağam, orada Tina Bokuçavanın partiya lideri postuna namizədliyini irəli sürəcəyəm”, - o bəyan edib.
O, qərarının səhhətinin vəziyyəti və həkimlərin gündəlik ağır işlərdən imtina etmək tövsiyəsi ilə bağlı olduğunu açıqlayıb.
“Vahid Milli Hərəkat” parlament fraksiyasına rəhbərlik edən Bokuçava partiyanın rəhbəri postunda Xabeişvilini əvəz edəcək.
Xabeişvili iyunun 1-nə keçən gecə “Xarici agentlər haqqında” qanunun qəbuluna qarşı etiraz aksiyası zamanı döyülüb. Hüquq-mühafizə orqanlarının versiyasına görə, o, xüsusi təyinatlıların sıralarına soxulub və onlarradan qisas alıb.
Xabeişvilinin sözlərinə görə, o, nümayiş zamanı gənclərdən birinin həbsinə mane olmağa çalışıb.
Hüseyn İbadlı
-
Sosial22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin121:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
























.jpg)









