Cənubi Qafqaz
Paşinyanın əleyhdarları parlament binasına çatdılar
Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazçılar parlament binasına çata biliblər.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Aksiya iştirakçılarının polis tərəfindən qarşılandığı qeyd edilir. Hüquq-mühafizə orqanları etirazçıları Dimerçana küçəsinə buraxmır.
Bundan əvvəl Ermənistanın “Vətən uğrunda Tavuş” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan İrəvanın mərkəzində mitinq zamanı ölkə parlamentini hazırkı hökumətin buraxılmasını müzakirə etmək üçün iclas keçirməyə təşəbbüs göstərməyə çağırıb. O, deputatlardan iyunun 11-də müvafiq məsələyə baxmağı tələb edib. Eyni zamanda, o, tərəfdarlarına müraciət edərək, ölkə hakimiyyətinə təzyiq göstərmək üçün iyunun 10-dan növbəti 96 saat ərzində kütləvi itaətsizlik aksiyaları təşkil etməyi xahiş edib.
İyunun 9-da axşam İrəvanın Respublika Meydanında on minlərlə insanın iştirak etdiyi etiraz aksiyası başlayıb. “Vətən uğrunda Tavuş” müxalifət hərəkatı tərəfindən təşkil edilən aksiyanın məqsədi ölkənin baş naziri Nikol Paşinyanın istefası və respublikanın Azərbaycanla sərhədlərinin delimitasiyası prosesinə son qoymaqdır .
Hüseyn İbadlı
-
Sosial22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin121:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
























.jpg)









