Cənubi Qafqaz
İrəvanda oturaq aksiya: çadırlar quruldu, ocaq qalandı - VİDEO
Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən uğrunda Tavuş” hərəkatının iştirakçıları gecəni Baqramyan prospektində keçiriblər.
Publika.az xəbər verir ki, bu barədə Nesws.aam məlumat yayıb.
Bildirilib ki, etirazçılar ordada çoxlu çadırlar qurublar, isinmək üçün ocaq yandırıblar.
Qeyd edək ki, dünən İrəvanın Respublika meydanında keçirilən mitinqin sonunda Baqrat Qalstanyan tərəfdarları ilə Baqramyan prospektinə yürüşə başlayıb. Burada çoxlu sayda polis qüvvələri kütləni Dəmirçyan küçəsinə buraxmayıblar.
Bir qrup etirazçı hökumətin bağ evlərinə doğru yürüş edib, lakin orada polis Proşyan küçəsindən Dəmirçyan küçəsinə daxil olmağa icazə verməyib.
Nəhayət, yürüş iştirakçılar Baqramyan prospektinə qayıdıblar və burada onlar oturaq aksiyaya başladıqlarını elan ediblər.
"Bu gecə o qədər çox insan var ki, əminəm ki, onlar nə qədər vaxt lazımdırsa, orada qalacaqlar. Hamıya xəbər verirsiniz ki, burada söz verilib və bəli, bu məsələni həll edəcəyik, gözəl həll edəcəyik. Burada qalacağıq, çadırlar, maşınlar olacaq. Mən də burada qalacağam, siz də mütləq qalacaqsınız. Biz heç yerə getməyəcəyik, minlərlə əsgər gətirmək istəyirlər”, - Qalstanyan müraciətində deyib.
Hüseyn İbadlı
-
Sosial22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin121:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
























.jpg)









