Cənubi Qafqaz
Gecə saatlarında İrəvanda ATIŞMA: kriminal avtoritet öldürüldü - FOTO
İyunun 11-də saat 23:15 radələrində İrəvanın Ajapnyak inzibati rayonunda atışma baş verib.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, insidentlə bağlı İrəvan şəhər polisinə həyəcan siqnalı daxil olub.
Hadisə yerindən qabaq şüşəsində və yan hissələrində çoxsaylı güllə izləri, içərisində qan izləri olan “Toyota Land Cruiser” markalı avtomobil aşkarlanıb. Adıçəkilən “Toyota” da “Opel” markalı avtomobillə, “Opel” də “Toyota” markalı avtomobillə, “Toyota” isə digər 1 “Toyota” markalı avtomobillə toqquşub.
İlkin məlumata görə, atışma nəticəsində xəsarət alan var.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində işləyərkən xəstəxanadan həyəcan siqnalı daxil olub, xəsarət alan şəxs özünə gəlmədən dünyasını dəyişib.
Məlumata görə, ölən şəxs Çeremuşkada “Faz” adı ilə tanına kriminal avtoritetdir.
İşin digər təfərrüatları hələlik məlum deyil.
Hüseyn İbadlı
-
Sosial22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin121:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
























.jpg)









