Cənubi Qafqaz
Moskva İrəvanda niyə məğlub olur? - Rusiyalı ekspert detalları açıqladı
“Rusiyanın əlində böyük kartlar olmasına baxmayaraq, Ermənistanda dəstəyi niyə itirməsi düşündürücü sualdır”.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Dmitri Trenin deyib. Onun fikrincə, bu amil Rusiya xarici siyasəti üçün ciddi məsələdir.
“İqtisadi mövcudluğu, tarixi əlaqələri, emosional bağları və digər amilləri nəzərə alanda, bu qədər güclü olan Rusiyanın Ermənistanın siyasi, informasiya və digər sektorlarında passiv qalması suallar doğurur. Rusiyanın Ermənistandakı siyasəti son 6 ildə çox dəyişib.
Bunu dramatikləşdirməzdim, lakin fakt budur ki, dünya dəyişdiyi vaxtda biz köhnə fikirlərlə yaşayırıq. İmperiya və sovet dövrünü hazırki dövrlə, xüsusilə 2022-ci ildə dönüş nöqtəsindən sonrakı dövrlə müqayisə etsək, maraqların məzmununun xeyli dəyişdiyini görə bilərik.
Rusiyada hesab edirlər ki, Ermənistanın öz müqəddəratını təyin etməsi suveren hüququdur, lakin Moskva rəngli inqilabların ixracı ilə məşğul deyil, əksinə, Putin belə inqilablarla mübarizə aparır. Rusiya Ermənistandakı daxili siyasi vəziyyyəti diqqətlə izləyir, lakin buna müdaxilə etmir, yaxud mane olmur. Rəngli inqilablar edənlər başqa yerdə oturublar”, - Trenin vurğulayıb.
Asif
-
Sosial22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin121:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
























.jpg)









