Cənubi Qafqaz
Baqrat İrəvanda XAL İTİRDİ: Azərbaycanla sərhədə qayıdır
İyunun 21-də yepiskop Baqrat Qalstanyan “Vətən uğrunda Tavuş” hərəkatının digər nümayəndələri ilə birlikdə Azərbaycanla sərhədə - Kirantsa yola düşəcək.
Publika.az xəbər verir ki, hərəkatın "Telegram" kanalı məlumat yayıb.
Qeyd olunubki, Baqrat Qalstanyan Kirants və qonşu kəndlərin sakinləri ilə görüşəcək.
Vurğulanıb ki, o, səhər saat 09:00-da “Qazprom Ermənistan”ın baş ofisinin qarşısından Kirantsa gedəcək.
Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan dörd kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.
Belə ki, delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.
Bundan sonra etiraz əlaməti olaraq Ermənistanda yepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə “Vətən uğrunda Tavuş” hərəkatı yaradılıb. Etiraz dalğası sonra paytaxt İrəvana sıçrayıb.
Hüseyn İbadlı
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir


























.jpg)









