Cənubi Qafqaz
Qərb Ermənistanı yanıltdı: Paşinyan seçim qarşısında - Növbəti dəfə Putinin...
Geosiyasi proseslər, xüsusən də ABŞ və Fransanın hakim rejimlərinin mümkün dəyişməsi, bununla yanaşı, Ukraynada mümkün fiasko və Rusiyanın mövqelərinin bərpası bir vaxtlar rusofob olan Nikol Paşinyanı növbəti dəfə Vladimir Putinin qucağına sıxışdırıb.
Publika.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb.
Nəşr qeyd edir ki, hazırda Paşinyan üçün Rusiyaya üz tutmağın zamanı yetişib:
"Ola bilsin, Paşinyan hesablayıb ki, Rusiya Ukrayna cəbhəsində qalib gələndən sonra bölgəyə “qayıdacaq” və buradakı problemləri həll edəcək. Onu himayə edən fövqəldövlətlərin liderləri hakimiyyətlə vidalaşdıqları üçün Qərbdən Rusiyaya üz tutmağın doğru zamanıdır. Dünən Paşinyan Aİ-yə üzvlük məsələsinin referenduma çıxarılmayacağını bəyan etməklə çoxlarına barmağını göstərməsi də bu səbəbdən idi. Və həmin gün o, vəzifəsinə bir neçə ay qalmış Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyanı Ukrayna silahlı qüvvələri tərəfindən raket hücumu nəticəsində yaşayış binalarından birinin dağıdıldığı Rusiyanın Belqorod şəhərinə göndərməyə tələsdi. Baxmayaraq ki, hadisə mayın 12-də baş verib. Mənbələrimiz qorxur ki, yaxın gələcəkdə erməni xalqı müxtəlif çaplı erməni məmurlarının yeni “rus çəkmələrini yalamaları” epizodlarının şahidi olacaq", - nəşr yazıb.
Akqabay
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər






































