Cənubi Qafqaz
Simonyan Rusiyaya gedə bilmir: Putin qadağa qoyub?
Ermənistan parlamentinin sədri Alen Simonyan iyulun 12-də Sankt-Peterburqda keçiriləcək MDB-nin parlamentlərarası assambleyasında iştirak etməyəcək.
Publika.az xəbər verir ki, "Hraparak" onun Rusiyaya nə üçün getməməsinin səbəbini araşdırıb.
Nəşr yazır ki, onun yeni təyin olunmuş köməkçisi Movses Arutyunyan Simonyanın Sankt-Peterburqdakı mühüm tədbirə parlamentin növbədənkənar sessiyası ilə əlaqədar getmədiyini bildirib: "Növbədənkənar sessiya iyulun 11-də çağırılacaq, lakin ona sədr müavinləri sədrlik edə bilər. Bu müşahidəni Alen Simonyanın mətbuat katibinə ünvanladıq, o, əlavə şərh vermədiyini söylədi".
Nəşr onunu da qeyd edib ki, Alen Simonyan MDB Parlamentlərarası Assambleyasının Ermənistan nümayəndə heyətinin rəhbəridir və həmişə də nümayəndə heyətinə rəhbərlik edib. Bu il iştirak etməməsinin səbəbi, bəzi məlumatlara görə, onun Rusiya əleyhinə açıqlamalarıdır.
"Bir vaxtlar Rusiyanın sevimli məmuru, bəzi yüksək rütbəli rus məmurları ilə isti münasibətdə olan Alen Simonyan imperiyanın arzuolunmaz qonaqları siyahısına düşüb. Mənbələrimizin əminliyinə görə, bu münasibət ikitərəflidir, o, özü də nə vaxtsa anti-Rusiyaya çevrilib və bəyənmədiyi sorosçu dairələrlə assimilyasiya olunub. Üstəlik, geosiyasi proseslərlə yanaşı, hökumətdə dəyişikliklər də baş verib. Özünü Putinin qucağına atan Nikol Paşinyanı Qərbə meyl edən Alen Simonyanla tarazlaşdırmağa çalışırlar", - nəşr əlavə edib.
Akqabay
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər



























.jpg)









