Cənubi Qafqaz
İran Zəngəzuru farslaşdırır? – Baş konsuldan sensasiyalı iddia
İranın iki ildir Zəngəzurda (Qafanda) fəaliyyət göstərən baş konsulu Mortez Varamin Ermənistan mediasına müsahibə verib.
Publika.az xəbər verir ki, İran konsulu Zəngəzurun strateji əhəmiyyətindən, bölgədə baş verən geosiyasi mübarizədən uzun-uzadı danışıb.
Lakin əsas diqqətçəkən məqam baş konsulun Azərbaycanın tarixi torpağı olan Zəngəzurun İranla yaxınlığı haqda iddialarıdır.
M.Varamin iddia edib ki, Zəngəzurda mədəniyyət, adət-ənənə İranla çox yaxındır.
“Dil oxşarlıqları da çoxdur. Misal üçün, nənə nəvəsinə “ciğyar can” deyir (“canım”, “sevincim”). Bunlar orjinal fars sözləridir. Belə nümunələr çoxdur”, - baş konsul iddia edib.
Bu iddiasının perspektiv təhlükəsi aydın görünür. İstisna deyil ki, İran bölgədə mövqelərini gücləndirmək üçün təkcə siyasi və hərbi sferada addımlar atmır, həm də Azərbaycanın tarixi torpağı olan Zəngəzuru farslaşdırmaq haqda da düşünür. Baş konsulun Zəngəzurda orjinal fars sözlərindən istifadə haqda iddiası heç də xoşniyyətli görünmür.
Asif
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı




























.jpg)









