Cənubi Qafqaz
Paşinyan bu tarixdə Azərbaycana gələcək: İrəvan Bakının hansı şərtini icra edir?
“Paşinyan Əliyevin dəvətini qəbul edərək, COP-29-da iştirak üçün Bakıya gedərsə, Azərbaycanın Minsk qrupunun ləğv edilməsi üçün birgə bəyanatın verilməsi ilə bağlı istəyini yerinə yetirəcək. Bakıya getməmişdən öncə bu haqda açıqlama verəcək”.
Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Xaçik Qalstyan deyib.
Qalstyan bildirib ki, Bakının sülh sazini imzalamaq üçün İrəvandan iki məsələnin tələb edildiyi artıq məlumdur: “Bunlardan biri Ermənistan konstitusiyasının dəyişdirilməsi, digəri isə Minsk qrupunun buraxılması ilə bağlıdır. Ermənistan yaxın vaxtlarda Bakının Minsk qrupu ilə bağlı tələbini icra edəcək və bu formatın de-yure ləğvi haqda ərizə verəcək. Xarici İşlər Nazirliyinin son açıqlaması da bunu deməyə əsas verir. Paşinyan noyabrda keçiriləcək COP-29 tədbirində iştirak üçün Bakıya yola düşə bilər, ona qədər isə Əliyevin tələblərini icra edəcək”.
Erməni politoloq iddia edir ki, Paşinyan Əliyevin tələblərinə müqavimət göstərə bilmir.
“Onlar “Zəngəzur dəhlizi"ndən danışırlar, həm də bu məsələni sülh sazişi mətnindən çıxarırlar. Bu, istədiklərini etmək üçün lazımdır. Ermənistan tərəfi də prosesin içindədir. İndiyə qədər azərbaycanlıların Sünikə (Zəngəzur-red) qayıdışı ilə bağlı heç bir rəsmi qadağa səslənməyib, bu o deməkdir ki, arxada razılaşmlar var”, - Qalstyan iddia edib.
Asif
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO






































