Cənubi Qafqaz
Paşinyanın Azərbaycan sərhədində diplomatlarla gizli müzakirəsinin DETALLARI - FOTO/VİDEO
Ermənistan hakimiyyəti ölkədə akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin rəhbərlərinin iştirakı ilə Dilicanda – Azərbaycanla sərhəd bölgəsində toplantı keçirib.
Publika.az xəbər verir ki, rəsmi İrəvanın xarici ölkələrin diplomatik nümayəndələri ilə avqust ayında keçirdiyi görüşlər ənənəvi xarakter daşıyır. Lakin əsas diqqətçəkən məqam bu görüşlərin məkanı olaraq, məhz Azərbaycanla sərhəd bölgəsinin seçilməsidir.
Qarabağ işğalda olduğu dövrdə rəsmi İrəvan bu görüşləri bəzən Xankəndidə təşkil edir, diplomatik nümayəndələri təmas xətti ilə tanış edirdilər. Qarabağ azad edildikdən sonra Ermənistan görüşü Azərbaycanla sərhəd bölgəsində keçirməyə başladı. Misal üçün, görüşlərdən biri Cermukda (İstisu) təşkil edilib. Bu il isə Dilican məkan olaraq seçilib.
Görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan, prezidenti Vaaqn Xaçaturyan, xarici işlər naziri Ararat Mirzoyan və baş nazirin müavini, sərhədin delimitasiyası üzrə komissiyaya rəhbərlik edən Mher Qriqoryan iştirak edib.
“Hraparak” nəşri iddia ki, bu görüşlər Ermənistan hakimiyyətinin xarici diplomatlardan göstərişlər almaq və xarici siyasətin istiqamətini müəyyənləşdirmək məqsədi daşıyır.
“Əvvəlki görüşlər ənənəvi olaraq onlayn qaydada yayımlanırdı. Bu il keçirilən görüş isə maksimum gizli saxlanılır, hətta hökumətin rəsmi informasiya agentlikləri belə qısa məlumatla kifayətlənir. Görünür, hakimiyyət müzakirələrin gizli qalmasında maraqlıdır. Ehtimal etmək olar ki, müzakirə edilən məsələlər Ermənistan-Azərbaycan, eləcə də Ermənistan-Türkiyə münasibətləri olub və hakimiyyət hər şeyin gizli qalmasını istəyib”, - nəşr yazır.
Ermənistan Xarici İşlər Nazirliyi nəşrin görüşün gizli saxlanılması haqda sualına cavablandırmayıb və ünvan kimi hökuməti – baş nazirin aparatını göstəriblər. Paşinyanın sözçüsü Nazeli Bağdasaryan isə suallara cavab verməkdən imtina edib. Rəsmi məlumatın verilməməsi Ermənistanda gizli danışıqlarla bağlı şübhələri daha da artırıb.
Asif
-
Rəsmi xronika16:41Prezident Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarına dair sərəncamını dəyişdi
-
Dünya13:17İtaliya Makronun təşəbbüsünə "yox" dedi - Roma hərbçi göndərməyəcək
-
Cənubi Qafqaz12:42Köçəryan və oğlunun saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Dünya09:28Rusiya sərhədi vurdu: Keçid məntəqəsində yanğın başladı
-
Sosial08:37Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər
-
Pul07:55Azərbaycanda çoxunun evində var: Atmayın, 250 manata alırlar - FOTO
-
İdman07:15İldə 30 milyon qazanır, amma xoşbəxt deyil: Səbəbini açıqladı
-
Dünya06:16İrandan ABŞ-ın sanksiyalarına reaksiya: Planımız hazırdır
































.jpg)

.jpg)
