Cənubi Qafqaz
Paşinyandan Bakıya təklif: "Maddələr razılaşdırılıb, imzalaya bilərik"
Ermənistan Azərbaycanı sülh sazişinin artıq razılaşdırılmış bəndlərini imzalamağa və qalanları üzərində işləməyə dəvət edir.
Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
“Sülh müqaviləsinin son layihəsində 17 maddə var, bunlardan 13-ü artıq tam razılaşdırılıb, daha üç maddə birdən çox təklifdən ibarətdir ki, onlar da razılaşdırılıb. Bütün fundamental prinsiplər orada Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması ilə bağlıdır. Ona görə də bu, mümkündür”, - Paşinyan bildirib.
Ermənistanın baş naziri hesab edir ki, heç bir sülh müqaviləsi bütün suallara cavab verə bilməz. Bu səbəbdən də sülh müqaviləsi imzalandıqdan sonra diplomatik münasibətlərin qurulması üçün platforma yaratmaq mümkün olacaq ki, bu da digər məsələlərin həllini xeyli asanlaşdıracaq.
“Razılaşdırılmış maddələr sülh sazişinin həyata keçirilməsi ilə bağlı bütün məsələlərin daimi platformada müzakirəsini mümkün edən mexanizmdən ibarətdir”, - deyə Ermənistanın baş naziri əlavə edib.
Akqabay
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Region15:50Ermənilər Paşinyana "ailəmiz sizə sitayiş edir" deyən qadını söyürlər
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı



























.jpg)










