Cənubi Qafqaz
Paşinyan geri çəkildi - Putin Əliyevdən Ermənistanla bağlı hansı xahişi edib?
Ermənistan anti-Rusiya ritorikasını yumşaldır və Moskva ilə körpüləri yenidən inşa edir.
Publika.az xəbər verir ki, Ermənistan mətbuatı Paşinyanın BRİKS və MDB-nin qeyri-rəsmi sammitlərində iştirak edəcəyini yazır.
“Hraparak” nəşri iddia edir ki, rəsmi İrəvan geri addım atmağa başlayıb. “Avqustun 31-dı keçirilən mətbuat konfransında Paşinyan Rusiyaya qarşı müsbət siqnallar göndərdi. Dünən öyrəndik ki, Ermənistan BRİKS və MDB-nin sammitlərində iştirak edəcək. BRİKS-in iclası oktyabrın 22-24-də Kazanda keçiriləcək”.
Nəşr qeyd edir ki, Paşinyanın ritorikası avqustun 23-dən sonra dəyişib.
“Putin avqustun 23-də Paşinyana zəng etdi. Bundan 4 gün sonra Putin Əliyevlə danışdı və 1 gün sonra Azərbaycanla Ermənistan demarkasiya üzrə reqalemti imzaladı. Bəzi mənbələrə görə, Putin Əliyevdən Ermənistana təzyiqləri yumşaltmağı xahişi edib. MDB və KTMT-nin Rusiyada keçirilən iclaslarını boykot edən Paşinyanın mövqeyini dəyişməsinin səbəbi də budur”, - nəşr yazır.
Asif
-
Region15:50Ermənilər Paşinyana "ailəmiz sizə sitayiş edir" deyən qadını söyürlər
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı














.jpg)












.jpg)









