Cənubi Qafqaz
Vediyə gələn fransalı nazirin gizli məqsədi nə olub? - Bakı ilə bağlı PLAN
Fransa xarici işlər naziri Stefan Sejurnenin Ermənistana səfərinin əsl məqsədləri gizli saxlanılır.
Publika.az xəbər verir ki, bu barədə erməni ekspert Qarik Keryan deyib.
Onun sözlərinə görə, Sejurne Ermənistanda iki gün qalıb, lakin Vedi su anbarının açılışından başqa əlamətdar hadisə qeydə alınmayıb.
“Ermənistan hakimiyyəti görünür, İrəvan-Bakı danışıqlarında Qərb platformasının effektivliyinə şübhə ilə yanaşır, Paşinyanın sonuncu mətbuat konfransında Rusiyaya qarşı ritorikanı yumşaltması da diqqəti bu yönə çəkir. Bundan başqa, baş nazirin MDB və BRİKS sammitlərində iştirak edəcəyi ilə bağlı rəsmi məlumat yayıldı. Buna görə Qərb Ermənistan hakimiyyətinin etimadını qazanmağa çalışır. Sejurnenin bu missiyanı yerinə yetirən nümayəndə kimi seçilməsi istisna deyil”, - o bildirib.
Keryan hesab edir ki, Fransa kollektiv Qərb tərəfindən missiyanı yerinə yetirən ölkə kimi seçilib. Onun sözlərinə görə, geosiyasi mərkəzlərə Cənubi Qafqaz bütövlükdə lazımdır. Qərbin Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalamasına çalışması da buna xidmət edir.
“Qərb Azərbaycanı da Rusiyanın təsirindən çıxarmaq və prosesə qoşmaq istəyir. Sülh sazişi imzalanması üçün Ermənistana verilən vədlər də prosesin tərkib hissəsidir və görünür, Fransa əsas koordinator rolunda çıxış edir. Lakin Bakının Parislə münasibətləri gərgindir, buna görə Fransa missiyasını əsasən Ermənistan üzərindən həyata keçirir”, - o bildirib.
Asif
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Avropa13:37Makron hökumətində təşviş: Xalqın qəzəbinə qarşı 70 minlik ordu səfərbər olundu
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Hadisə13:12Bakıda kütləvi bıçaqlanma: Bir nəfər öldürüldü, deputatın oğlu saxlanılanlar arasındadır
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı



































