Cənubi Qafqaz
Aİ Gürcüstanla vizasız rejimi dayandıra bilər
Avropa İttifaqı Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkilərinin azad və ədalətli olacağına ümid edir, lakin vəziyyət pisləşərsə, Brüssel bu ölkə ilə viza rejiminin liberallaşdırılmasını dayandıra bilər.
Publika.az xəbər verir ki, bunu jurnalistlərə Avropa İttifaqının Tbilisidəki səfiri Pavel Qerçinski deyib.
"Gürcüstanda baş verən müxtəlif proseslər Tbilisi ilə Brüssel arasında məsafəni artırıb. Biz bunu tərəfdaş ölkələrlə birlikdə müzakirə edirik. Prosesi izləyirik və ümid edirik ki, seçkilər ədalətli və şəffaf olacaq. Lakin vəziyyət daha da pisləşərsə, Aİ-nin müxtəlif alətlərindən mütləq istifadə edəcəyik. Viza rejiminin liberallaşdırılmasının dayandırılması da onlardan biridir”, - deyə Pavel Qerçinski bildirib.
Qeyd edək ki, Gürcüstan və Avropa İttifaqı ölkələri arasında vizasız rejim 2017-ci ildə qüvvəyə minib. Tbilisi 2023-cü ilin dekabrında Aİ üzvlüyünə namizəd statusu alıb.
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
Avropa12:17Milan iğtişaşlarında “Rusiya əli”? - Səfirlikdən kəskin reaksiya və ruslara XƏBƏRDARLIQ
-
Qarabağ 11:36Qarabağ müharibəsindən yeni kadrlar yayıldı: Əksəriyyəti salamat qayıtmadı - Video
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!














.jpg)





















