Cənubi Qafqaz
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədindən GERİ ÇƏKİLİRLƏR
"2025-ci il yanvarın 1-dən Ermənistan-İran dövlət sərhədinin nəzarət-sərhəd məntəqəsində xidmət bütünlüklə Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının qüvvələri tərəfindən həyata keçiriləcək".
Publika.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bunu Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan "Facebook"da yazıb.
O qeyd edib ki, eyni tarixdən Ermənistan-Türkiyə dövlət sərhədlərinin mühafizəsində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları da iştirak edəcək.
O bildirib ki, bu razılaşma Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı əldə olunub.
“Baş nazir Paşinyan Ermənistan Respublikası müstəqillik əldə etdikdən sonra Rusiya FTX-nin Sərhəd Qoşunlarının Ermənistan və İran İslam Respublikası arasında dövlət sərhədinin nəzarət-sərhəd məntəqəsində göstərdiyi xidmətə görə prezident Putinə təşəkkür edib”, - Bağdasaryan bildirib
Xatırladaq ki, Rusiya sərhədçiləri 1992-ci ildə Ermənistan Respublikasının Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında sərhədində yerləşdirilib: 30 sentyabr tarixli sazişin 8-ci maddəsinə və Ermənistan Respublikasının sərhəd mühafizə qoşunlarının ardıcıl formalaşdırılması maraqlarına uyğun olaraq.
2024-cü ildə Avqustun 1-də Rusiya tərəfi ER "Zvartnots" hava keçid məntəqəsində ER dövlət sərhədinin mühafizəsinin təmin edilməsi funksiyasını rəsmən dayandırıb. Onun əsasını erməni tərəfinin 2024-cü ilin 1 mart tarixli, 5/894 nömrəli müvafiq ərizəsi təşkil edir.
Hüseyn İbadlı
-
Elm və təhsil19:36BDU-da dərslərlə bağlı belə qərar verildi
-
Nəqliyyat19:12Addım-addım təzələnən Xocavənddən görüntülər - VİDEO
-
Nida Xəbər 18:12“Birliyin Gücü - 2026”nın açılışı oldu - FOTO/VİDEO
-
Dünya16:06Zelenski və Makron tənqid edildi: Müharibə və ölüm mövzusuna gülüblər
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır



















.jpg)




.jpg)











