Cənubi Qafqaz
Türkiyə Ermənistana qoşun yeridəcək, Rusiya və İran... - İrəvanı qorxudan dəhşətli SSENARİ
“İrəvanın NATO sisteminə qoşulmaq perspektivi və zəmanəti olmadığı halda KTMT təhlükəsizlik zonasını tərk etmək istiqamətində addımları Ermənistanı heç bir təhlükəsizlik sisteminin fəaliyyət göstərməyəcəyi “kölgə zonasına” çevirəcək”.
Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Stepan Danielyan deyib.
Onun sözlərinə görə, Qərb Rusiya sərhədçilərinin İran və Türkiyə sərhədlərindən çıxarılmasını tələb etsə də, təhlükəsizliyin təmin olunması öhdəliyini götürmədiyi üçün Ermənistan ətrafında absurd vəziyyət yaranıb.
“Bu absurd vəziyyət Ermənistan hakimiyyətinin siyasətindən də qaynaqlanır, çünki NATO-nun heç bir zəmanəti olmadığı halda KTMT-dən uzaqlaşırlar. Bununla yanaşı, Ermənistan hakimiyyətinin Avropa yönümlü addımları Rusiyanın iqtisadi dəstəyini də məhdudlaşdırır. Yəni bir tərəfdən, Rusiya sərhədçiləri Ermənistanın İran və Türkiyə ilə sərhədlərində qalacaq, digər tərəfdən, keçid məntəqəsində nəzarəti Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları həyata keçirəcək. Ermənistanın Qərbyönümlü addımları İrəvanın Tehranla iqtisadi əlaqələrinin inkişafına da mane olur”, - o bildirib.
Danielyan hesab edir ki, rəsmi İrəvan Qərb və Rusiya ilə münasibətləri gələcək dünya nizamının qeyri-müəyyənliyi kontekstində müvəqqəti qərarlar üzərində qurur. Onun fikrincə, əsas qərarı gələcəkdə Ermənistan hakimiyyəti verəcək: “Bu isə geosiyasi proseslərdən asılı olacaq. Əgər bu qərarlar Rusiya və İranın xeyrinə olacaqsa, Ermənistan hakimiyyəti Moskvaya növbəti “dönüş” edəcək. Əks təqdirdə, Rusiya hərbçiləri Ermənistan ərazisindən çıxarılacaq və bu halda Türkiyənin Ermənistana qoşun yeritməsinə heç bir maneə yaranmayacaq. İran da öz növbətində öz qoşunlarını Ermənistana yeridə bilər. Nəticədə Ermənistan geosiyasi müharibə meydanına çevriləcək və ölkəmiz ikinci Suriyaya, yaxud Qəzzaya çevriləcək”, - erməni politoloq vurğulayıb.
Asif
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq











.jpg)



























