Cənubi Qafqaz
Bu tanınmış azərbaycanlı partlayışda ÖLDÜ - FOTO
Gürcüstanda fəaliyyət göstərən "Maarif" təşkilatının rəhbəri, tanınmış ziyalı Ələddin Qarabağlı dünyasını dəyişib.
Publika.az xəbər verir ki, bu barədə Axar.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Ələddin Qarabağlı təşkilatın ofisində baş verən yanğın nəticəsində ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdi. Ofisdə yanğının qaz partlaması nəticəsndə baş verdiyi ehtimal olunur.
Ələddin Qarabağlı Gürcüstanın Qardabani rayonunun Ağtəhlə kəndində anadan olub. Ali təhsilini Gəncə Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsində alıb. O, Ağtəhlə, Qaratəhlə kəndlərində müəllim, dərs-hissə müdiri, uzun müddət məktəb direktoru işləyib. 2001-ci ildə "Maarif" qəzetini, azyaşlı soydaşlarımız üçün isə "Tumurcuq" uşaq qəzetini təsis edib.
Fəaliyyəti boyu Gürcüstanda Azərbaycan məktəblərinin vəziyyəti ilə yaxından maraqlanan, qeyr-hökumət təşkilatları ilə onlarla layihənin reallaşmasında fəallıq göstərən tanınmış ziyalı "Gürcüstanda Azərbaycandilli məktəblərin tarixi antologiyası" adlı əsərin də müəllifidir.
Ələddin Qarabağlı 2023-cü ildə "Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalı ilə təltif olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi çoxşaxəli fəaliyyətilə yaddaşlarda iz qoyan Ələddin Qarabağlının vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Əlavə edək ki, komitə mərhumun ailəsinə lazım olan dəstəyi göstərəcək.
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq




































