Cənubi Qafqaz
Gürcüstanın Aİ-yə üzvlüyü prosesi dayandırıldı: bundan sonra...
Avropa Şurasının sammiti Gürcüstanın Avropa İttifaqına üzvlüyünün virtual olaraq dayandırıldığını elan edib.
Publika.az xəbər verir ki, bu barədə Avropa Şurasının saytında dərc olunan sənəddə deyilir.
Qeyd olunur ki, Avropa Şurası Aİ-nin gürcü xalqını Avropa yolunda dəstəkləməyə hazır olduğunu təsdiq edir. Eyni zamanda, onlar Gürcüstan hökumətinin Avropa İttifaqının əsasını qoyduğu dəyər və prinsiplərə zidd olan fəaliyyət kursundan bir daha “ciddi narahat olduqlarını” ifadə ediblər.
"Avropa Şurası xatırladır ki, belə kurs Gürcüstanın Avropa yolunu təhdid edir və faktiki olaraq Aİ-yə üzvlük prosesini dayandırır. O, Gürcüstanı Avropaya inteqrasiyanın əsas prinsiplərinə uyğun olaraq demokratik, hərtərəfli və davamlı islahatlar aparmağa çağırır. Avropa Şurası hadisələrin inkişafını yaxından izləmək üçün fəaliyyətini davam etdirəcək", - sənəddə deyilir.
Bundan əlavə, Avropa Şurası Gürcüstanda qarşıdan gələn parlament seçkilərinin azad və ədalətli olacağını, beynəlxalq standartlara uyğun və beynəlxalq və milli seçki müşahidəçilərinin maneəsiz çıxışı təmin ediləcəyini gözləyir.
Bundan əvvəl bildirilirdi ki, əgər orada siyasi müxalifətsiz birpartiyalı sistem qurularsa, Gürcüstan Aİ-yə üzv ola bilməyəcək. Bu açıqlama ilə Aİ-nin Tbilisidəki səfiri Pavel Qerçinski çıxış edib. Diplomatın sözlərinə görə, Aİ Gürcüstan demokratiyadan uzaqlaşmağa davam edərsə, ona qarşı da sanksiyalar tətbiq edəcək.
Qeyd edək ki, iyulda məlum olmuşdu ki, Vaşinqtonun antidemokratik hesab etdiyi “xarici agentlər” haqqında qanuna görə ABŞ Gürcüstan hökumətinə 95 milyon dollardan çox məbləğdə yardımı dayandırır. “Reuters”in məlumatına görə, Avropa İttifaqı da Gürcüstana ayrılan 30 milyon avroya yaxın hərbi yardımı dondurub.
Akqabay
-
Dünya14:57NASA-dan Ukraynanın ərazi bütövlüyünə HÖRMƏTSİZLİK
-
Region13:19Türkiyədə turistlərə xəbərdarlıq: 130 dollar cərimələnə bilərsiniz
-
ABŞ12:01Trampın başı dərddə: Məhkəmə iddiası qaldırıldı - Sosial mediada görün nə edib
-
Nida Xəbər 10:12İlham Əliyevin Naxçıvana səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində - FOTO
-
Cənubi Qafqaz10:09Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
-
Dünya09:27Türkiyə Lavrovun cavabını verdi: Mövqeyimiz dəyişməyib
-
Hadisə08:48Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? - Vacib detallar
-
Elm və təhsil04:30Qabiliyyət imtahanları ilə bağlı diqqətçəkən statistika - 6209 nəfər imtahana gəlməyib


































