Cənubi Qafqaz
"Hakim partiya seçkilərdə ən azı 60 faiz səs toplayacaq" - Gürcü ekspert
"Düşünürəm ki, bütün təzyiqlərə baxmayaraq, Gürcüstanda keçiriləcək seçkilərdə hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası ən azı 60 faiz səs toplayaraq qalib gələcək. Hadisələrin inkişafı bunu deməyə imkan verir".
Publika.az xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində gürcü ekspert Zurab Kadaqidzedir söyləyib. Onun sözlərinə görə, Gürcüstan müxalifəti əslində müxalifət kimi deyil, xaricdən, əsasən də Qərbdən idarə olunan və ölkədə zorakı yolla hakimiyyət dəyişikliyi yaratmaq istəyən “5-ci kolon” kimi fəaliyyət göstərir. Onlar nə seçki kampaniyası apara bilir, nə də rayonlara səfərlər edirlər. Məqsədləri Gürcüstanı və Cənubi Qafqazı Rusiya-Ukrayna müharibəsinə cəlb etməkdir. Xalq bunu yaxşı anlayır”.
Siyasi şərhçi onu da bildirib ki, Gürcüstan və Azərbaycan xalqları müstəqillik, suverenlik uğrunda da hər zaman birgə mübarizə aparıblar. Hər iki ölkə oxşar taleyi yaşayıb və demək olar ki, bu gün də vəziyyət eynidir.
"Hazırda gürcü xalqı milli və xilas olma mübarizəsi aparır. Biz Şərq, Qərb, Cənub və Şimal dövlətləri ilə dostluq əlaqələri qurmağa çalışırıq, lakin ölkəmizin ailə dəyərlərinə zidd olan halların normal qəbul edilməsinə icazə verməyəcəyik”, - deyə Zurab Kadaqidzedir vurğulayıb.
Ekspert əlavə edib ki, onlar LGBT təbliğatına, xüsusən də azyaşlılar arasında bu cür fəaliyyətlərin yayılmasına qarşı olduqlarını açıq şəkildə bəyan edirlər.
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama


















.jpg)


















