Cənubi Qafqaz
Erməni deputatların davası - Simonyanın Qarabağ etirafı qarşıdurma yaratdı
Ermənistan parlamentinin plenar iclasında müxalifətdən olan deputat Qeqam Manukyanla spiker Alen Simonyan arasında söz atışması baş verib.
Publika.az xəbər verir ki, qarşıdurmaya səbəb Simonyanın daha öncə Qarabağla bağlı səsləndirdiyi fikirlər olub. Simonyan bildirmişdi ki, Azərbaycan BMT qətnamələrinə əsasən Qarabağda əməliyyat keçirib.
Müxalif deputatlar iclasda Simonyandan bu açıqlamasına aydınlıq gətirməyi tələb ediblər. Manukyan spikerdən belə “tezisləri” haradan aldığını soruşub.
Simonyan da bildirib ki, Qarabağ həmişə Azərbaycabın tərkib hissəsi olub.
“Qarabağ heç vaxt müstəqil dövlət kimi tanınmayıb və Azərbaycanın tərkib hissəsi olub. Keçmiş hakimiyyətin dövründə Ermənistanın inzibati-ərazi bölgüsü haqqında qanun qəbul edilib. Biz qanundan danışırıq və mənim açıqlamamda heç bir yenilik yoxdur.
Mən anlayıram, siz nəyisə sübut etmək üçün hər bir sözdən yapşıb iddialar irəli sürürsünüz. Lakin fakt faktlığında qalır: Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və belədir”, - Simonyan vurğulayıb.
Asif
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama


















.jpg)


















