Cənubi Qafqaz
"Bu, bütün Cənubi Qafqaz regionunu dəyişdirəcək" - Bayden Paşinyana nə yazıb?
ABŞ Prezidenti Co Bayden Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyana məktub göndərib.
Publika.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Baş nazir,
Ölkənizin və Azərbaycanın iki ölkə arasında münasibətləri tənzimləyən sülh sazişinin yekunlaşdırılması istiqamətində davamlı irəliləyiş əldə etdiyini görməkdən şadam.
Sizi əmin etmək istəyirəm ki, Birləşmiş Ştatlar nəhayət, çoxəsrlik münaqişəyə son qoyacaq davamlı və ləyaqətli sülh sazişini dəstəkləməyə hazırdır. Ermənistanın birliyinə, suverenliyinə və ərazi bütövlüyünə təminat verən sülh sazişi təkcə erməni xalqı üçün deyil, təhlükəsizliyi və sabitliyi də təmin edəcək. Bu, bütün Cənubi Qafqaz regionunu dəyişdirəcək.
Bildiyiniz kimi, sülh müqaviləsinin qalan maddələrinin yekunlaşdırılması mətanət, ixtiraçılıq və güzəşt tələb edəcək. Ancaq vətənpərvərliyi siyasətdən üstün tutaraq, siz cəsarətlə və ardıcıl olaraq sülh yolunu seçmisiniz və mən sizi bu il müqaviləni yekunlaşdırmağa dəvət edirəm.
Mənim administrasiyam sülhə yol açmaq üçün cəsarətli təşəbbüslər göstərməyə hazırdır. Mən Avropa üzrə Baş Direktor Maykl Karpenterdən xahiş etmişəm ki, atmaq istədiyimiz bəzi addımlar barədə sizi məlumatlandırsın və Azərbaycanla müzakirələr zamanı sizin rəyinizi alsın.
Ötən ay Nyu-Yorkda BMT Baş Assambleyasında qeyd edildiyi kimi, indi Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və sülhün əsas prinsiplərinə sadiqliyi bir daha təsdiq etməyin vaxtıdır. Daha parlaq gələcək əlçatandır və mən bunu əldən verməməyimiz üçün sizinlə işləməyi səbirsizliklə gözləyirəm”.
Hüseyn İbadlı
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama


















.jpg)


















