Cənubi Qafqaz
Paşinyan İrəvana qayıdan kimi təcili iclas keçirdi: Əliyevlə görüşün nəticələri...
Ermənistanın baş naziri Nikol Paşinyan “Mülki müqavilə” fraksiyasının deputatları ilə görüş keçirib. O, Kazanda keçirilən BRİKS sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqların nəticələrini təqdim edib.
Publika.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazır.
Nəşrin qeyd etdiyi kimi, iclas deputatların təşəbbüsü ilə keçirilib və Nazirlər Kabinetinin üzvləri iştirak ediblər. Əvvəlcə Paşinyan çıxış edib, daha sonra parlamentarilər ona sərhədlərin delimitasiyası prosesi və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi layihəsi ilə bağlı suallar veriblər. Görüş axşam saatlarına qədər davam edib.
“Deputatların dediyinə görə, Paşinyan onlara yeni heç nə deməyib”, - deyə nəşr yazır.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Kazanda keçirilən BRİKS+ plenar iclasında iştirak edib. Elə görüş zamanı İlham Əliyevlə Paşinyan arasında fəal dialoq yaranıb və bu dialoqa iki ölkənin xarici işlər nazirləri də qoşulub.
Bundan sonra Ermənistan və Azərbaycan liderləri arasında ayrıca görüş keçirilib, tərəflər ikitərəfli sülh gündəliyinin irəlilədilməsi, o cümlədən sülh müqaviləsi, sərhədlərin delimitasiyası və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. Xarici işlər nazirlərinə sülh müqaviləsi ətrafında ikitərəfli danışıqları davam etdirmək tapşırılıb.
Akqabay
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar















.jpg)






















