Cənubi Qafqaz
Gürcüstanda bu partiya qalib gəldi - YENİLƏNDİ
Gürcüstanda dünən baş tutan seçkilərin rəsmi nəticəsi elan edilib.
Publika.az xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası bülletenlərin 99%-nin sayılmasından sonra nəticələri açıqlayıb:
- Gürcü Arzusu – 54,2%;
- Birlik – Milli Hərəkat (“Vahid Milli Hərəkat”, “Aqmaşenebeli Strategiyası”, “Avropa Gürcüstanı”) – 10.1%;
- Dəyişiklik üçün Koalisiya ("Axali", "Girçi - daha çox azadlıq", "Droa") - 10.8%;
- Güclü Gürcüstan (“Gürcüstan üçün Lelo”, “Xalq üçün”, “Azadlıq Meydanı”, “Vətəndaşlar”) - 8.76%;
- Gürcüstan üçün Qaxariya – 7.75%.
Qalan partiyalar 5%-lik baryeri keçə bilməyiblər.
Bu nəticələr Gürcü Arzusunun tam qalib gəldiyini və hökuməti təkbaşına formalaşdıracağını göstərir.
***
Seçki məntəqələrinin 99%-nin səsləri sayıldıqdan sonra hakim “Gürcü Arzusu” partiyası parlament seçkilərində 54,2% səslə liderdir.
Publika.az bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasına ( MSK ) istinadla xəbər verir.
İlkin məlumata görə, 3085 seçki məntəqəsinin məlumatlarının hesablanmasından sonra “Gürcü arzusu” bir milyondan çox səs toplayıb.
MSK-nın qeyd etdiyi kimi, qanunverici orqana beş faizlik baryeri keçən əsas müxalifət partiyaları da daxil olur. Bunlara “Birlik - Milli Hərəkat” (təxminən 10%), “Dəyişiklik üçün Koalisiya” (təxminən 11%), “Güclü Gürcüstan” (təxminən 8,7%) və “Gürcüstan Naminə” (təxminən 7,7%) daxildir. Ümumilikdə müxalifət təxminən 37 faiz səs toplayıb.
Hüseyn İbadlı
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar















.jpg)






















