Cənubi Qafqaz
İrəvan Bakıya adam göndərmək üçün şərt irəli sürür - COP29 PLANI
Ermənistan Bakıda keçiriləcək COP29 tədbirində iştirak etmək üçün Azərbaycan qarşısında şərt irəli sürür.
Publika.az xəbər verir ki, Ermənistan baş naziri aparatının rəhbəri Arayik Arutyunyan sülh sazişi üzrə irəliləyişin İrəvanın COP29-da iştirak etmək qərarına təsir edə biləcəyini deyib.
“Azərbaycanla sülh sazişinin bütün bəndlərinin razılaşdırılması imkanı var. Biz başlanmış prosesin yaxın gələcəkdə sülh sazişinin imzalanmasını reallığa çevirəcəyinə ümid edirik. İrəliləyiş olarsa, bu, İrəvanın COP29-da iştirak qərarına təsir edə bilər. Bununla yanaşı, bir çox şərtlər bu qərara təsir edəcək”, - deyə o bildirib.
Qeyd edək ki, Ermənistan sülh sazişinin razılaşdırılmış bəndlər üzrə imzalanmasını, razılaşdırılmamış bəndlərin sonraya saxlanılmasını təklif edir. Bu, Azərbaycanın tələblərinin arxa plana keçirilməsi planının tərkib hissəsidir.
Asif
-
Magazin222:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa22:12Papa əməliyyat olundu
-
Art21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
































