Cənubi Qafqaz
Tiflisdəki mitinqdə son vəziyyət - YENİLƏNDİ
Gürcüstanın paytaxtı Tiflisdə parlament binası yaxınlığında nümayişçilər hüquq-mühafizə orqanlarının işçilərinə boya butulkaları və pirotexniki vasitələr atıblar.
Publika.az xəbər verir ki, bundan sonra təhlükəsizlik qüvvələri aksiya iştirakçılarına qarşı su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə ediblər.
Gürcüstan DİN-in yaydığı bəyanatda aksiyanın qanundan kənara çıxdığı və nümayişçilərin infrastruktura ziyan vurduğu bildirilib.
Aksiya iştirakçıları oturacaqlar və zibil qutularından barrikadalar düzəldiblər. Buna baxmayaraq, parlament binasının qarşısı və ətrafı etirazçılardan tam təmizlənib.
Qeyd edək ki, aksiyada xəsarət alanların və saxlanıların sayı ilə bağlı məlumat verilməyib.
***
Gürcüstanın paytaxtı Tiflisdə parlament binasının qarşısında etiraz aksiyası davam edir. Etirazçılar polisin xəbərdarlığına baxmayaraq ərazini tərk etməyiblər.
Publika.az xəbər verir ki, polis aksiyaya müdaxilə edir. Xüsusi təyinatlı polis qüvvələri etirazçılara qarşı su şırnağından istifadə etməyə başlayıb.
Məlumata görə, aksiyada Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) bir əməkdaşı yaralanıb.
DİN-in yaydığı məlumatda deyilir ki, aksiya iştirakçıları işıq dirəklərini və digər avadanlıqlara zərər verib, elektrik naqillərini yandırıblar. Polisə naməlum əşyalar atılıb, nəticədə bir polis xəsarət alıb.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






































