Cənubi Qafqaz
XİN rəhbəri: "Gürcüstanın diplomatlarına qarşı təzyiq kampaniyası aparılır"
“Gürcüstan Xarici İşlər Nazirliyinin diplomatlarına qarşı təzyiq kampaniyası aparılır ki, bu da qəbuledilməz və yolverilməzdir”.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər naziri Maka Boçorişvili nazirliyin kollektivi ilə görüşdə söyləyib.
XİN-in mətbuat xidmətinin məlumatında deyilir ki, nazir rəhbərlik etdiyi qurumun gələcək fəaliyyətinin prioritetlərini müzakirə edib.
M.Boçorişvili qeyd edib ki, Xarici İşlər Nazirliyi vahid səylə konstitusiya ilə müəyyən edilmiş məqsədlərin həyata keçirilməsini və milli maraqların qorunmasını davam etdirir.
Bildirilib ki, Gürcüstan Xarici İşlər Nazirliyi ölkənin diplomatik xidmətinə edilən təzyiqlərii və təxribat çağırışlarını pisləyir. Suveren dövlətin təsisatlarının fəaliyyətinə müdaxilə cəhdləri yolverilməzdir.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı





































