Cənubi Qafqaz
“Axırda qazı Azərbaycandan, buğdanı isə Türkiyədən alacağıq” - Erməni deputat
"Bizim hökumətin xarici siyasətində konkretlik yoxdur, heç bir hesablama aparmırlar. Biz buğdanı və qazı Rusiyadan alırıq. Hökumət isə Rusiyadan uzaqlaşır və Aİ ilə əməkdaşlığı gücləndirir. Bu cür siyasət Ermənistanı böhrana sürükləyir. Axırda deyəcəksiniz ki, yaxşı, gəlin qazı Azərbaycandan, buğdanı isə Türkiyədən alaq".
Publika.az xəbər verir ki, bunu Ermənistan fraksiyasının deputatı Kristine Vardanyan bu gün parlamentdə xarici işlər naziri Ararat Mirzoyanın çıxışına münasibət bildirərkən qeyd edib.
O, Ararat Mirzoyana sual ünvanlayaraq soruşub ki, ixracatın 235 faizindən çoxu, idxalın isə 56 faizindən çoxu Avrasiya İttifaqı ölkələri ilə olan Ermənistan qazın 1000 kubmetrini 165 dollara - bazar qiymətindən 5-6 dəfə ucuz alır:
"Buğdanın 90 faizini Rusiyadan idxal edirik. Bunun qarşılığında Rusiyadan uzaqlaşmaq bizə hansı mənfəəti qazandırır, hansı risklər yaradır?"
Cavabında Ararat Mirzoyan deyib ki, qeyd olunan rəqəmlər Rusiya ilə Ermənistan arasındakı əlaqələrin mövcud durumundan xəbər verir: "Qərblə əməkdaşlığımızı isə parlament özü təsdiqləyib".
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ












.webp)








.jpg)














