Cənubi Qafqaz
Apreldə bu ərazilər qaytarılacaq - Ermənistanla sərhəddə hansı işlər görülür?
“Aprel ayında sərhədin şimal istiqamətində delimitasiya prosesi böyük ölçüdə başa çatmalıdır. Nəticədə Voskepar kəndinin (Əskipara-red) böyük hissəsinin Azərbaycanın nəzarətinə keçəcəyi, yeni sərhəd xəttinin Lori rayonunun Lorut kəndi olacağı gözlənilir”.
Publika.az xəbər verir ki, bu iddia ilə Ermənistanın “Past” saytı çıxış edib.
Hazırda Ermənistan ictimaiyyəti sərhədin şimal istiqamətində delimitasiya prosesinin mümkün nəticələrini müzakirə edir. Qazax-Tavuş istiqamətində 12 kilometrlik hissənin delimitasiyası nəticəsində 4 kəndin azad edilməsi erməni ictimai rəyində yenidən bir çox ərazinin Azərbaycanın nəzarətinə keçəcəyinə dair iddiaları gündəmə gətirib. Bu məsələ Ermənistan parlamentinin sessiyasında da müzakirə edildi. Müxalif deputatların suallarını cavablandıran erməni baş nazirin müavini, sərhəd komissiyasının sədri Mher Qriqoryanın konkret cavab verməməsi müzakirələri daha da körükləyib.
Məlumatlara görə, şimal istiqamətdə - Azərbaycan-Gürcüstan-Ermənistan sərhədinin kəsişməsinə iki gün öncə baxış keçirilib və bir neçə saat ölçmə işləri aparılıb.
Tavuş sakini Karen Qazaryan erməni mediasına açıqlamasında iddia edib ki, Ermənistan, Gürcüstan və Azərbaycan sərhədinin kəsişməsindəki sonuncu kənd olan Debedavanda görüşlər keçirilib, buraxılış məntəqəsinin qurulması razılaşdırılıb.
“Past” saytı Tavuş sakinlərindən əldə etdiyi məlumatlara əsasən müəyyən iddialar tirajlayıb.
“Aprel ayında delimitasiya prosesinin Voskepara (Əskipara) çataca]; haqda məlumatlar var. Voskepar bölgəsinin böyük bir hissəsi Azərbaycana təhvil veriləcək, yeni sərhəd Lorut kəndi olacaq. Hazırda Voskepar, Açarkut və Kirantsda sakitlikdir. Sakinlər düşünür ki, Ermənistan müəyyən əraziləri Azərbaycana təhvil verəcək, lakin heç nə almayacaq”, - sayt iddia edir.
Asif
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ












.webp)








.jpg)














