Cənubi Qafqaz
Mehridən Göyçəyə qədər... - Ermənistanı qorxuya salan üç ssenari
Ermənistan Xarici Kəşfiyyat Xidməti Azərbaycanla genişmiqyaslı müharibə iddialarında həqiqət payının az olduğu fikrini irəli sürsə də, erməni ictimai-siyasi müstəvisində belə müzakirələr səngimir.
Publika.az xəbər verir ki, sərhəddə yeni eskalasiyanın baş verə biləcəyi iddiasını dəstəkləyənlərdən biri də erməni politoloq Sergey Melkonyandır.
Melkionyan iddia edir ki, eskalasiya Mehridən başlayaraq, Cermuka (İstisu-red) qədər üç fərqli istiqamətdə ola bilər.
“Bu proses üç fərqli ssenari üzrə baş verə bilər. Birincisi, İran ətrafında eskalasiyanın yaranmasıdır. İkincisi, ABŞ və Rusiya arasındakı gərginlikdir. Üçüncüsü, Bakının Qərbi Azərbaycan istəyinin icrasının gündəmə gəlməsidir. Fərqli istiqamətlər də nəzərdən qaçmamalıdır, misal üçün, Sevan (Göyçə-red), yaxud Yerasx (Arazdəyən-red). Bu prosesdə Tiqranaşenin (Kərki-red) Azərbaycana təhvil verilməsi ilə üzləşə bilərik. Hesab edirəm ki, bu ssenarilərdə Ermənistan hökuməti Azərbaycanın bütün tələblərini icra edəcək, o cümlədən, azərbaycanlıların geri qayıtması və icma yaratmasına da razı olacaq”, - erməni politoloq iddia edib.
Asif
-
Magazin206:16Günayın tətil FOTOLARI
-
ABŞ04:44Ovçu qadını maralla səhv salaraq öldürdü
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”



































