Cənubi Qafqaz
Gürcüstan yenidən QARIŞDI - Ölkənin iri şəhərlərində...
Tbilisidə Gürcüstan parlamentinin binası yaxınlığında, eləcə də ölkənin iri şəhərlərində - Batumi, Zuqdidi və Kutaisidə yeni hökumət əleyhinə etirazlar keçirilir.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Tbilisidə keçirilən aksiyada bir neçə yüz nəfər iştirak edib. Agentlik qeyd edib ki, nümayişçilər yeni seçkilərin keçirilməsini və mitinqlər zamanı saxlanılan şəxslərin azad edilməsini tələb edirlər. Parlamentin qarşısındakı mərkəzi Rustaveli prospekti nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.
Gürcüstanda ilk etiraz dalğası ötən il oktyabrın 26-da hakim “Gürcü arzusu” partiyasının qalib gəldiyi parlament seçkilərindən sonra başlayıb. Partiya, parlamentdəki 150 yerdən 89-unu alıb, bir sıra müxalifət siyasi birlikləri seçkinin nəticələrini tanımayıb, “Dəyişiklik Koalisiyası”nın üzvləri isə hətta deputat mandatlarından imtina ediblər.
2024-cü il noyabrın 28-dən Tbilisidə və Gürcüstanın digər şəhərlərində hakimiyyət ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların 2028-ci ilə qədər dayandırıldığını elan etdikdən sonra etirazların ikinci dalğası baş verib.
Yanvarın 20-də Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, 2025-ci ildə Gürcüstanda radikal qüvvələrə həlledici zərbə vurmaq və “liberal faşizmə” son qoymaq lazımdır. Nazirlər Kabinetinin rəhbərinin fikrincə, bu, ölkəni inkişaf etdirməyə və milli məqsədlərə nail olmağa imkan verəcək.
Hüseyn İbadlı
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ











.webp)









.jpg)














