Cənubi Qafqaz
Gürcüstanda GƏRGİNLİK: paytaxtdan çıxış qismən bağlandı
"Tbilisi Mall" ticarət mərkəzinin girişinə toplaşan etirazçılar Gürcüstanın paytaxtından çıxışı qismən bağlayıblar.
Publika.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Agentliyin məlumatına görə, mitinqə bir neçə yüz adam toplaşıb. Onlar əsasən ticarət mərkəzinin mərkəzi girişində cəmləşsələr də, sonradan yol boyu yürüş keçiriblər ki, bu da onun qismən bağlanmasına səbəb olub. Ticarət mərkəzinin yaxınlığında polis patrulları var. Etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma qeydə alınmayıb. Mitinqdə müxalifət nümayəndələri də iştirak edir.
Fevralın 2-də Gürcüstan Daxili İşlər Nazirliyi etirazçılara xəbərdarlıq edib ki, Tbilisinin girişində nəqliyyatın qarşısını almaq cinayət sayılacaq.
"İctimai təhlükəsizliyin təmin edilməsi məqsədilə hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər olunub və bütün aksiya obyektlərində olacaqlar", - nazirlikdən bildirilib.
Gürcüstanda ilk etiraz dalğası hakim “Gürcü arzusu” partiyasının qalib gəldiyi 26 oktyabr parlament seçkilərindən sonra başlayıb. O, parlamentdəki 150 yerdən 89-unu alıb, bir sıra müxalifət siyasi qrupları seçkinin nəticələrini tanımayıb, Dəyişiklik Koalisiyasının üzvləri isə hətta parlamentdəki yerlərindən imtina ediblər. Bu fonda Gürcüstan prezidenti Salome Zurabişvili səsvermənin pozulması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib. Noyabrın 28-də hakimiyyət ölkənin 2028-ci ilə qədər Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların dayandırıldığını elan etdikdən sonra Tbilisidə və Gürcüstanın digər şəhərlərində etirazların ikinci dalğası başlayıb.
Hüseyn İbadlı
-
Region09:36Ermənistana əl boyda dolu düşdü - VİDEO
-
İdman09:18Rusiyada güclü zəlzələ oldu
-
İdman09:09DÇ-2026: Türkiyə 10 nəfərlə qalan Paraqvaya məğlub oldu - YENİLƏNİB
-
Avropa08:10İki qatar toqquşdu: 89 nəfər yaralandı, ölən var - Yeniləndi
-
Magazin207:55Selenanın həyat yoldaşı yeni imici ilə gündəm oldu - Foto
-
Sosial07:15Qırğızıstanlı qadına Bakıda elə bir jest etdilər ki... - Çəkdiyi video marağa səbəb oldu
-
Magazin205:15"Kızılcık Şerbeti"nin 35 yaşında ölən aktrisası ilə bağlı şok iddia - Vəkili prokurorluğa müraciət etdi
-
İdman02:44Hakim Messiyə sarı vərəqə belə göstərmədi... - FİFA-ya şikayət

















.jpg)



















