Cənubi Qafqaz
Ermənilərin Azərbaycan qorxusu - Zəngəzurda nə baş verir? / VİDEO
Ermənistanın ən böyük vergi ödəyicisi olan və iqtisadiyyatında mühüm yer tutan Zəngəzur mis-molibden kombinatı ətrafında gərginlik yaranıb. Şirkətin bir qrup işçisi yanvarın 31-dən etibarən maaşlarının artırılması tələbi ilə tətil ediblər, nəticədə zavodun fəaliyyətində məhdudiyyətlər yaranıb. Dünən axşam saatlarında işçilərin tələbi qəbul edildikdən sonra zavodun fəaliyyəti bərpa olunub. Lakin baş verənlər zavodun fəaliyyət göstərdiyi Zəngəzur bölgəsində sosial-siyasi atmosferi kəskinləşdirib.
Publika.az xəbər verir ki, Ermənistan mediası zavod ətrafında baş verənləri Zəngəzurda geosiyasi toqquşmanın bir hissəsi kimi təqdim edir. Bəzi media orqanları isə bu kimi böhranlı vəziyyətlərin Zəngəzurda maraqlı olan qüvvələrə sərf etdiyini iddia edirlər.
Erməni jurnalist Armine Vardanyan yazır ki, bu zavod Sünik rayonunun (Zəngəzur) “onurğa sütunudur”, onun fəaliyyətində yaranan məhdudiyyətlər bütövlükdə həmin ərazinin gələcəyini sual altına salır.
“Sünik (Zəngəzur) geosiyasi və geoiqtisadi maraqların toqquşma ocağına çevrilib. Bu maraqlar fonunda Zəngəzur zavodunda yaranmış böhran beynəlxalq diqqəti də bura cəlb edir və xarici investorları uzaqlaşdırır. Azərbaycan təbii ki, xarici investorların Ermənistana qarşı bu cür münasibətində maraqlı tərəfdir və vəziyyətdən istifadə edəcəyi də aydındır. Maraqlıdır ki, Zəngəzur zavodunun ətrafında yaranmış qalmaqal fonunda Ermənistanda bir sıra media subyektləri Mehri dəhlizini aktiv şəkildə müzakirəyə çıxarıb. Bütün bunlar təsadüfə bənzəmir və Zəngəzurda geosiyasi toqquşma gözləntilərini artırır”, - erməni jurnalist qeyd edib.
Asif
-
ABŞ04:44Ovçu qadını maralla səhv salaraq öldürdü
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO




































