Cənubi Qafqaz
DƏHŞƏTLİ CİNAYƏT: 100-ə yaxın qadın "yumurta ferması"nda kölə saxlanılır - Onların yumurtalıqlarından...
Çinli cinayətkar qrup yumurta əldə etmək üçün istifadə edilən yüzə yaxın qadını Tailanddan Gürcüstana aparıb.
Publika.az xəbər verir ki, bu barədə "Nation Thailand" məlumat yayıb.
"Pavena Foundation" hüquq müdafiə təşkilatının əməkdaşlarının bildirdiyinə görə, bütün qurbanlar surroqat analıq elanlarına cavab veriblər, onlara rəsmi şərtlər və sənədlər və səyahət üçün bütün xərclərin ödəniləcəyi vəd edilib.
Zərərçəkənlərdən birinin dediyinə görə, o, daha 10 qadın və qrup rəhbəri ilə Gürcüstana gedib. Onlar Dubay və Ermənistan vasitəsilə ölkəyə daxil olub, orada bir neçə gün qalıblar. Bir dəfə Gürcüstanda onların pasportları əlindən alınıb və onları “yumurta ferması”nda işləməyə məcbur ediblər.
Çinli mütəşəkkil cinayət qrupunun nəzarəti altında qadınlar hormonal dərmanlar qəbul edərək sağlamlıqlarını riskə atan prosedurlardan keçiblər. Hər ay qurbanların yumurtalıqlarından yetkin yumurtalar çıxarılıb.
Qadınlar 70 min baht (təxminən 2920 AZN) ödəməklə azad ola bilərdilər, lakin çoxlarının belə pulu olmayıb.
Zərərçəkənlərdən biri məbləği ödədikdən sonra oranı tərk edə bilib. Daha sonra daha bir neçə qadın özlərini azad edə biliblər. Onların sözlərinə görə, “yumurta ferması”nda hələ də xeyli əsir qalıb.
Hüseyn İbadlı
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ




















.jpg)














