Cənubi Qafqaz
Xankəndidən malikanələrə gələnlər... - Simonyanın Qarabağla bağlı sözləri qalmaqal yaratdı
Ermənistan parlamentinin spikeri Alen Simonyanın “qarabağlı ermənilərlə” bağlı açıqlamalası qalmaqala səbəb olub.
Publika.az xəbər verir ki, Simonyan jurnalistin Qarabağdan Ermənistana qayıdan erməni əhalisinin yenidən Azərbaycan ərazisinə köçməsi ilə bağlı sualını sərt cavablandırıb.
“Qarabağlılar döyüşməli idi, çıxmamalı idilər”, - deyən Simonyan bu sözlərini təxminən 10 dəfə təkrarlayıb. Ermənistanda işğal dövründə Qarabağda yaşamış ermənilər “qarabağlılar” olaraq adlandırılır.
Simonyan əlavə edib ki, Ermənistan müharibədə döyüşüb, “Qarabağa lazım olan silah-sursatı verib”.
Simonyanın bu sözləri ciddi müzakirələrə səbəb olub. Qarabağda keçmiş separatçı rejimin İrəvana qaçmış “sonuncu rəhbəri” Samvel Şahramanyan Simonyanı üzr istəməyə və spiker postundan istefa verməyə çağırıb.
Simonyan isə bildirib ki, o, bütün “qarabağlı erməniləri” yox, konkret şəxsləri nəzərdə tutur: “Mən Ermənistandakı malikanələrinə qayıdan konkret insanlardan, Qarabağdan kənarda biznes quranlardan danışıram”.
O, istefa çağırışı edən Şahramanyana da cavab verib.
“Qoy o, özünün və mühafizəçilərinin Qarabağı necə tərk edə bildiyindən, qalan həmkarlarının isə bunu edə bilmədiklərindən danışsın. Necə oldu ki, bura gəlib çıxdı? Məsləhət görərdim ki, onun hansısa sualı olarsa, parlamentin məktublar şöbəsinə yaxınlaşsın, suallarını cavablandıraram”, - Simonyan bildirib.
O vurğulayıb ki, dediklərinin hamısı doğrudur və buna görə heç kimdən üzr istəməyəcək.
Asif
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ




















.jpg)














