Cənubi Qafqaz
Zəngəzur məsələsi İrəvanı qarışdırdı: Dəhliz gizli şəkildə verilib?
Ermənistan parlamentinin spikeri Alen Simonyanın bir neçə gün öncə Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlər erməni müxalifəti tərəfindən birmənalı qarşılanmayıb. Simonyan bildirib ki, dəhlizin verilməsi Ermənistan üçün qəbuledilməzdir: “Ölkənin suverenliyi altında olmayacaq və qanunvericilik çərçivəsindən kənarda qalacaq yolun verilməsini qəbul etmirik. Ermənistan yolun verilməsi ilə bağlı təkliflər verib. Veriləcək yola nəzarət kameralar vasitəsilə edilə bilər və hərbçilərin olması vacib deyil”. Əlavə edib ki, “Ermənistanın verdiyi istənilən yol, heç bir üstünlük olmasa belə, Azərbaycan tərəfindən dəhliz adlandırılacaq”. Bununla Azərbaycanın “dəhliz təbliğatı” apardığına işarə edib.
Publika.az xəbər verir ki, Ermənistan müxalifəti Simonyanın açıqlamalarının qeyri-ciddi olduğunu hesab edir.
Müxalifətin fikrincə, Simonyanın dediyi, əslində dəhlizin verilməsidir.
“Parlaq Ermənistan” partiyasının lideri Edmon Marukyan bildirib ki, dəhlizin verilməsi güc yolu ilə olmur.
“Deyirlər ki, biz heç bir halda dəhliz verməyəcəyik, lakin qapalı yüklərin heç bir yerdə dayanmadan Sünik (Zəngəzur) bölgəsindən maneəsiz keçidini təmin etməyə hazırıq. Bu, dəhlizin verilməsi deməkdir”, - o bildirib.
Erməni deputat Armen Rüstəmyan isə hesab edir ki, Paşinyan və komandası ictimai rəyi dəhlizin verilməsinə hazırlayır: “Simonyanın “Azərbaycan istənilən yolu dəhliz adlandıracaq” sözləri o deməkdir ki, yol adı ilə dəhliz veriləcək, indidən ictimai rəyi buna hazırlayırlar. Yəni deyirlər ki, “əslində biz dəhliz verməmişik, sadəcə Azərbaycan bunu belə adlandırır”.
Ermənistan müxalifəti düşünür ki, İrəvan Bakının təzyiqi ilə dəhliz məsələsində geri addım atacaq.
Asif
-
Avropa08:10İki qatar toqquşdu: 89 nəfər yaralandı, ölən var - Yeniləndi
-
Magazin207:55Selenanın həyat yoldaşı yeni imici ilə gündəm oldu - Foto
-
Sosial07:15Qırğızıstanlı qadına Bakıda elə bir jest etdilər ki... - Çəkdiyi video marağa səbəb oldu
-
Magazin205:15"Kızılcık Şerbeti"nin 35 yaşında ölən aktrisası ilə bağlı şok iddia - Vəkili prokurorluğa müraciət etdi
-
İdman02:44Hakim Messiyə sarı vərəqə belə göstərmədi... - FİFA-ya şikayət
-
Qoroskop01:40Günün ulduz falı: Gizli qalan bəzi məsələlər aydınlaşa bilər
-
Ekologiya00:27Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
-
Region19 İyun 23:00İstanbulda metro qatarı relsdən çıxdı: yaralılar var - Yeniləndi














.jpg)





















