Cənubi Qafqaz
Naxçıvana getmək üçün... - İrəvan Bakıya Zəngəzur dəhlizi ilə bağlı nə təklif edib?
Ermənistan Azərbaycana yüklərin Naxçıvana maneəsiz daşınması təklifini verib.
Publika.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazır.
Nəşr qeyd edir ki, Nikol Paşinyan bu yaxınlarda “Azərbaycana elə bir təklif edilib ki, imtina etməyəcək”, - deyə bildirib.
“Bu nə deməkdir? Alen Simonyan iki gün əvvəl Azərbaycan yüklərinin maneəsiz daşınmasından danışırdı. Nə danışıqlar apardıqları, şifahi olaraq nə vəd etdikləri bilinmir. Bu haqda yalnız açıq danışanda bilmək olar, həmin vaxta qədər biz hər şeyi Azərbaycan Prezidentindən öyrənəcəyik, bu, artıq reallığa çevrilib”, - nəşr yazır.
“Ermənistan” fraksiyasının deputatı Qeqam Manukyan da Azərbaycana yüklərin Ermənistan ərazisindən (Zəngəzur dəhlizi-red) maneəsiz və yoxlamasız daşınmasının təklif edildiyini istisna etməyib.
“Belə bir variantın ola biləcəyi istisna edilmir. Hakim partiyanın nümayəndələrinin açıqlamalarından görünür ki, Ermənistan Azərbaycanın istədiyi maneəsiz keçidi verəcək, yalnız nə daşındığı haqda məlumat alacaq”, - deyə erməni deputat iddia edib.
Asif
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ




















.jpg)














