Cənubi Qafqaz
Paşinyanın müəmmalı strategiyası: İrəvan Bakı və Ankaranın qarmağına düşür?
“Nikol Paşinyanın Ermənistanın yeni təhlükəsizlik strategiyasının əsasını təşkil edəcək ideologiyası İrəvanı Bakı və Ankaranın qarmağına keçirəcək”.
Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Suren Surenyants deyib.
Ekspert iddia edir ki, Paşinyan “real Ermənistan” ideologiyasını həm yeni milli təhlükəsizlik strategiyasına, həm də konstitusiya dəyişikliklərinə uyğunlaşdırmağa çalışacaq.
“Baş nazir fevralın 18-də yeni təhlükəsizlik strategiyasının hazırlanması üçün idarələrarası işçi qrupunun yaradılması haqqında qərar imzalayıb. Əvvəlki sənəd 2020-ci ildə 44 günlük müharibədən əvvəl qəbul edilib. Paşinyan bunu dəyişdirmək niyyətindədir. Hakimiyyət Müstəqillik bəyannaməsini tədricən “real Ermənistan” ideologiyası ilə əvəzləyəcək. Hakimiyyət üçün Qarabağ məsələsi bağlanıb, Türkiyə və Azərbaycan nə rəqibdir, nə də düşmən”, - o bildirib.
Surenyants hesab edir ki, Paşinyan Ermənistanı Türkiyə və Azərbaycanın qarmağına salacaq: “Gəlin hər şeyi öz adı ilə çağıraq: Paşinyanın səsləndirdiyi ideologiya Azərbaycanın tələblərindən ibarətdir. Həm gələcək təhlükəsizlik strategiyası, həm də konstitusiya dəyişiklikləri bu məntiqə uyğundur”.
Erməni politoloqun fikrincə, yeni milli təhlükəsizlik strategiyasında mövcud strategiyadan fərqli olaraq, Rusiya ilə müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi bəndi yer almayacaq.
Asif
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi























.jpg)













