Cənubi Qafqaz
Ermənistan yeni AES-in TİKİNTİSİNƏ HAZIRLAŞIR
"Ermənistan yeni atom elektrik stansiyasının tikintisi imkanlarını müzakirə edir və kiçik modul reaktorların xüsusiyyətlərini öyrənir".
Publika.az TASS-a istinadla xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan məlumat verib.
Cenevrədəki çıxışı zamanı diplomat bəyan edib ki, Ermənistan atom elektrik stansiyasının istismarı zamanı yüksək təhlükəsizlik və təhlükəsizlik standartlarını rəhbər tutacaq:
"2036-cı ilə qədər rahat şəkildə yeni güclərə keçmək istəyən Ermənistan nüvə enerjisindən təhlükəsiz və dinc məqsədlərlə istifadə edilməsi üzrə şəffaf və açıq siyasət seçib".
Nazir vurğulayıb ki, respublika bundan sonra da bu siyasəti davam etdirəcək, nüvə təhlükəsizliyi, təhlükəsizliyinin gücləndirilməsi və qorunub saxlanılması üçün zəruri tədbirlər görəcək.
Ötən il avqustun 31-də Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat katibi Sona Arutyunyan Ermənistan Atom Elektrik Stansiyasının sistemdə baş vermiş qəzaya görə ölkənin enerji sistemindən ayrıldığını bəyan edib. Daha sonra elektrik təchizatı bərpa edilib.
Hüseyn İbadlı
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi























.jpg)













