Cənubi Qafqaz
Rusiya Ermənistana ŞƏRT QOYDU - ““Titanik”ə bilet alır, seçim etməlidir ki...””
"Ermənistan Avrasiya İqtisadi İttifaqına (Aİİ) və Avropa İttifaqına (Aİ) üzv olmaq arasında seçim etməlidir".
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistanın "24 News" telekanalına müsahibəsində bildirib.
Səfir vurğulayıb ki, Rusiyanın mövqeyi əvvəlcə belə olub: ya Aİ, ya da Aİİ və hər ikisində olmaq mümkün deyil. Bu, obyektiv reallıq məsələsidir, çünki bir dövlət eyni vaxtda iki gömrük ittifaqının üzvü ola bilməz. Diplomat Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçukun Ermənistanın Aİ-yə daxil olmasının “Titanik”ə bilet almağa bənzədiyi barədə sözlərini xatırladıb.
Kopırkin qeyd edib ki, İrəvanın Aİİ ilə əməkdaşlığı reallıqdır və statistika göstərir ki, Rusiya Ermənistanın iqtisadi inkişafında əsas amillərdən biridir.
Səfirin sözlərinə görə, Avropa İttifaqında nələrin baş verəcəyi gələcəyin məsələsidir. Hələlik Ermənistan və Aİ arasında ticarət dövriyyəsinin dinamikası mənfi dəyərlə xarakterizə olunur. Diplomat eyni zamanda bu seçimin Ermənistanın suveren hüququ olduğunu vurğulayıb.
Hüseyn İbadlı
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
























.jpg)













