Cənubi Qafqaz
“Sülh razılaşması bu problemi həll etdi” - Paşinyan nədən danışır?
"Biz sülh sazişinin imzalanma vaxtı və yeri ilə bağlı məsləhətləşmələrə başlamağa hazır olduğumuzu bildirdik. Azərbaycanın öz ideyaları, öz sualları var. Qiymətləndirməmiz ondan ibarətdir ki, bütün bu məsələlər sülh sazişinin mətnində öz əksini tapıb və biz bundan sonra mövqelərimizi aydınlaşdırmağa çalışacağıq".
Publika.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Mülki Müqavilə Partiyasının ofisində jurnalistlərlə söhbətində deyib.
O, Ermənistanın Azərbaycanla Konstitusiyaya dəyişikliklə bağlı müzakirələr aparıb-aparmaması ilə bağlı sualı da cavablandırıb.
"Xeyr. Belə bir müzakirə yoxdur. Konstitusiya Məhkəməsinin ötənilki qərarından sonra məlum olur ki, ER Konstitusiyasında nə Azərbaycana, nə də başqa ölkəyə qarşı ərazi iddiaları yoxdur.
Lakin bütün bu mümkün qavrayışlarla indi yeni bir reallıq var. Bu, sülh sazişinin razılaşdırılmış mətninin mövcudluğudur. Bu mətn bütün bu problemləri həll edir. Çalışacağıq ki, qarşıdakı müzakirələrdə bu məsələ ilə bağlı Azərbaycanla danışaq və onların mövqeyinin məntiqinin nədən ibarət olduğunu görək.
Sülh müqaviləsinin ən azı üç maddəsi bu məsələlərə toxunur və onlar öz həllini tapıb", - deyə o bildirib.
Konstitusiyaya dəyişikliklə bağlı məsələnin hələ danışıqlar masasında müzakirə olunmadığını nəzərdə tutub-tutmaması ilə bağlı aydınlaşdırıcı suala cavab olaraq Paşinyan deyib:
“Onlar öz mövqeyini bildirdilər, biz də bildirdik ki, biz daxili məsələlərimizi müzakirə etmirik”.
Hüseyn İbadlı
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
























.jpg)













