Cənubi Qafqaz
Saakaşvili HAKİM QARŞISINDA: növbəti dəfə hökm oxunacaq
Martın 17-də Tbilisi şəhər məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilini sərhədi qanunsuz keçmə işi üzrə hökm çıxaracaq.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə hakim Mixail Cinçoliya məlumat verib.
Onun sözlərinə görə, əməliyyat hissəsi 11:00-da (Bakı vaxtı ilə 11:00) elan ediləcək.
Qeyd edilib ki, siyasətçini 3 ildən 5 ilə qədər həbs gözləyir.
Martın 12-də Tbilisi məhkəməsi Saakaşvilini 3,2 milyon dollardan çox büdcə vəsaitini mənimsəməkdə ittiham edərək 9 il müddətinə azadlıqdan məhrum edib. Keçmiş ölkə başçısına qarşı hələ 2014-cü ildə ittiham irəli sürülüb. Gürcüstan Baş Prokurorluğunun məlumatına görə, Saakaşvili büdcə pullarını aşpaz xidmətlərinə, yaxta və avtomobillərin icarəsinə, gödəkçələr, paltolar, saatlar və sinəyə çəkilmiş rəsm, eləcə də botoks və epilyasiya prosedurlarına xərcləyib. Eks-prezidentin özü isə istehza ilə hökmü “sürpriz” adlandırıb. “Gödəkçə işi” siyasətçinin mühakimə olunması ilə başa çatan üçüncü məhkəmə prosesi idi.
Saakaşviliyə qarşı 2007-ci ildə müxalifətin mitinqinin dağıdılması zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və xüsusi təyinatlıların “İmedi” televiziya şirkətinin ofislərinə basqın etmə, habelə sərhədi qanunsuz keçmək ittihamları ilə bağlı araşdırmalar davam edir. Son iş Saakaşvilinin 2021-ci il oktyabrın 1-də Tbilisidə həbsi ilə bağlı açılıb: o, Ukraynadan bərə ilə qayıdıb, süd məhsulları daşıyan yük maşınında gizlənib.
Hüseyn İbadlı
-
Cənubi Qafqaz16:12Kobaxidzedən Qərbə ittiham: Gürcüstanı “ikinci cəbhə”yə çəkmək istəyirlər
-
Maraq dünyası12:35Mask bu ölkəni almaq istəyir: Neçəyədir?
-
Yaxın Şərq12:14İranda radikallar güclənir: Trampa qarşı “qorxutma” siyasəti işə yaradı
-
Rəsmi xronika11:23İlham Əliyev Zaur Əhmədovu səfir vəzifəsindən geri çağırdı
-
Rəsmi xronika09:43Prezident: Naxçıvanda yeni nəqliyyat dəhlizləri yaradılır - VİDEO
-
ABŞ09:12ABŞ prezidentinin təyyarəsi niyə gizlicə dəyişdirilib? - Tramp özü danışdı
-
MDB09:00Xəzər pələngi vəhşi təbiətə qaytarılır
-
Sosial08:36Bu rayonların bir hissəsi qazsız qalacaq





































