Cənubi Qafqaz
Ermənistanda seçki günü: namizəd oğurlandı
Ermənistanda mülki geyimli naməlum şəxslər “Bizim şəhər” seçki blokundan Gümrü Ağsaqqallar Şurasının üzvlüyünə namizəd Anait Xalatyanı qaçırıblar.
Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə “Bizim şəhər” blokundan Gümrü merliyinə namizəd, Ermənistan Milli Assambleyasının (“Şərəf duyuram” fraksiyası) deputatı Martun Qriqoryan bildirib.
Bundan əvvəl blok Xalatyanı mülki geyimli naməlum şəxslərin qaçırdığını bəyan edib. Hadisə ilə bağlı seçki bloku hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb.
"Bu hərəkətlər bizə qarşı yönəlib. Bəzi seçki məntəqələrində "8" nömrəli (blokun təyin olunduğu) zərflərin olmaması barədə də məlumat alırıq", - Qriqoryan bildirib.
O, seçki komissiyasının üzvlərini buna daha ciddi nəzarət etməyə və seçkilərdə iştirak edən bütün siyasi qüvvələrin əks olunduğu zərflərin məntəqələrdə olmasını təmin etməyə çağırıb.
Öz növbəsində, Ermənistan Daxili İşlər Nazirliyi bildirir ki, saat 16:00-a olan məlumata görə, departamentə seçkilər zamanı iddia edilən pozuntular barədə 4 məlumat daxil olub. Agentlik daxil olan məlumatların öyrənildiyini qeyd edib.
Martın 30-da Gümrü və Parakarda Ağsaqqallar Şurasına növbədənkənar seçkilər keçirilir. Gümrüdə keçirilən seçkilərdə altı partiya və üç blok iştirak edir.
(Report)
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO













.jpg)










.jpg)














