Cənubi Qafqaz
Ermənistandan sülh müqaviləsi açıqlaması: masada hazır sənəd var və...
Ermənistan Azərbaycanla sülh yaratmağa çalışır və hesab edir ki, bütün mövcud və potensial çətinliklər danışıqlar masası arxasında həll oluna bilər.
Publika.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Vaaqn Xaçaturyan martın 31-də İrəvanda Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə birgə mətbuat konfransı zamanı bildirib.
“Biz sülh sazişinin imzalanması ilə bağlı işimizi ardıcıl aparırıq. Bizim qarşımızda regionda, xüsusən də Azərbaycanla sülhün bərqərar olması vəzifəsi durur və bu məqsədə çatmaq üçün var gücümüzlə çalışırıq. İnanırıq ki, mövcud və olacaq çətinliklər aşılandır və istənilən məsələni danışıqlar masası arxasında həll etmək olar”, - o deyib.
Xaçaturyan həmçinin bildirib ki, müharibə və münaqişələr dövrü arxada qalıb və Cənubi Qafqazda yeni müharibələr üçün artıq resurslar yoxdur.
“1988-ci ildən, daha geniş miqyasda isə 1991-ci ildən müharibə vəziyyətindəyik. Mən regionumuzdakı digər münaqişələrdən danışmıram... Optimizm realizmə əsaslanır: biz realistik və Azərbaycanla yanaşmalarımızı uzaqlaşdırmayan, əksinə, onları yaxınlaşdıran addımlar atırıq. Eyni qaydada davam edəcəyik və əminik ki, həmin gün gəlib çıxacaq. Çünki çoxları bu razılıq çərçivəsində mövcud olan fikir ayrılıqlarının aradan qalxacağına inanmırdı, amma martda məlum oldu ki, bu, mümkündür”, - Ermənistan prezidenti vurğulayıb.
O əlavə edib ki, hazırda masada hazır sənəd var.
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 20 Sentyabr 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO


















.jpg)
















