Cənubi Qafqaz
Ermənistanın cənubunda nə baş verir? - İranın İrəvandakı səfirindən ƏSASSIZ AÇIQLAMA
"Ermənistanın cənubunda yerləşən Sünikdə (Zəngəzur) baş verən proseslər birbaşa İranın maraqları ilə bağlıdır və Tehranın beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsini qırmızı xətt hesab etməsi də məhz bu səbəbdəndir".
Publika.az "Ayk-İran"a istinadla xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani "Min illik qonşuluq" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.
O, izah edib ki, bu gün Ermənistanda, Cənubi Qafqazda və İranda hadisələrin inkişafı bir-biri ilə bağlıdır.
"İran və Ermənistanın taleyi, maraqları və təhlükəsizliyi coğrafi yaxınlıqlarına və eyni geosiyasi məkanda yerləşməsinə görə həmişə bir-biri ilə əlaqəli olub", - səfir əlavə edib.
O qeyd edib ki, Ermənistanla sərhəd İranda ən təhlükəsiz sərhədlərdən biri hesab olunur.
“Biz heç vaxt Ermənistan tərəfindən təhlükə hiss etməmişik və Ermənistan heç vaxt İran tərəfindən təhlükə hiss etməmişdir”, - Sübhani vurğulayıb.
Qeyd edək ki, səfir hazırda Ermənistanın cənubunda nə baş verdiyi açılamayıb.
Hüseyn İbadlı
-
Nəqliyyat13:37Hava limanında həyəcanlı anlar: Təyyarənin enişdə təkəri partladı - FOTO
-
Magazin113:15“Uzak şehir”də yeni aktrisa - Foto
-
Magazin112:53Xalq artistinin ailəsində ağır itki
-
Yaxın Şərq12:44İran: ABŞ və İsrailə qarşı daha dağıdıcı plan hazırlamışıq
-
Ekologiya12:16Sabahın hava proqnozu açıqlandı
-
Digər11:56Maşın zəvvarlara çırpıldı - 15 ölü 40 yaralı var
-
Hadisə09:19Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın söndürüldü - FOTO/YENİLƏNDİ
-
Avropa08:48NATO Ukraynada vəziyyəti sabitləşdirmək üçün imitasiya edir - 1500 hərbçi...



































