Cənubi Qafqaz
Sarkisyan Əliyevə yalvararaq, mədət diləyib - Bakıya gətirilən gizli məktub açıqlandı
Ermənistanın keçmiş prezidenti Armen Sarkisyan İranın keçmiş xarici işlər naziri Cavad Zərif vasitəsilə Prezident İlham Əliyevə mədət diləyən mesaj göndərib.
Publika.az xəbər verir ki, bu barədə Cavad Zərif müsahibəsində deyib.
Zərif müsahibəsində Ermənistana səfərinin maraqlı detallarını açıqlayıb. Səfər 44 günlük müharibədən 6 ay sonra – 2021-ci ildə reallaşıb. Müharibədən sonra İranın xarici işlər naziri kimi Bakı və İrəvana səfər edən Zərif bildirir ki, Ermənistanda prezident Armen Sarkisyanla da görüşüb. Geniş tərkibdə görüşdən sonra keçirilən təkbətək görüşdə Sarisyan Zərifdən İlham Əliyevə mesajını çatdırmağı xahiş edib.
Mesajın mətni bundan ibarət olub: “28 il əvvəl biz güclü idik, Azərbaycan isə zəif idi. Biz Qarabağı aldıq, sizi (azərbaycanlıları-red) alçaltdıq, sizinlə danışıq aparmadıq. Biz sizi 28 il rüsvay etdik və bu günə düşdük. Bizim səhvimizi təkrarlamayın”.
Sarkisyan bu mesajında Qarabağın işğal edildiyini və işğal dövründə azərbaycanlılara qarşı heç bir mənəvi və insani dəyərlərə sığmayan addımlar atdıqlarını etiraf edir, müharibədə məğlub olmuş ölkəsi üçün Azərbaycan liderindən mədət diləyir.
Cavad Zərif deyir ki, Sarkisyanın mesajını Bakıda İlham Əliyevə çatdırıb: “Mən Prezident İlham Əliyevə dedim ki, siz güclü olanda sülh bərqərar olmalıdır. İlham Əliyev bu sözləri məntiqli hesab etdi və bildirdi ki, Azərbaycan da eyni şəkildə hərəkət edəcək”.
Asif
-
Maraq dünyası12:35Mask bu ölkəni almaq istəyir: Neçəyədir?
-
Yaxın Şərq12:14İranda radikallar güclənir: Trampa qarşı “qorxutma” siyasəti işə yaradı
-
Rəsmi xronika11:23İlham Əliyev Zaur Əhmədovu səfir vəzifəsindən geri çağırdı
-
Rəsmi xronika09:43Prezident: Naxçıvanda yeni nəqliyyat dəhlizləri yaradılır - VİDEO
-
ABŞ09:12ABŞ prezidentinin təyyarəsi niyə gizlicə dəyişdirilib? - Tramp özü danışdı
-
MDB09:00Xəzər pələngi vəhşi təbiətə qaytarılır
-
Sosial08:36Bu rayonların bir hissəsi qazsız qalacaq
-
Qadın08:00Qadınların xəyanət etməsinin 5 SƏBƏBİ




























.jpg)









