Cənubi Qafqaz
Azərbaycan-Ermənistan sülh sazişi bu ölkədə imzalana bilər - Mirzoyan
Ermənistan Azərbaycanla sülh sazişini Türkiyədə imzalaya bilər.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə mediasına müsahibəsində deyib.
O qeyd edib ki, Türkiyə Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsində müsbət rol oynaya bilər.
“Türkiyənin Ermənistanla münasibətlərin normallaşmasında mövqeyi prosesin müsbət məcrada davam etdiyi yönündədir. Lakin Ankara hesab edir ki, Ermənistan və Azərbaycan arasında münasibətlər nizamlanmayana qədər prosesi başa çatdırmaq olmaz. Bizim mövqeyimiz belədir ki, əgər biz prosesə qarşı tərəfdən başlasaq, yəni Ermənistan-Türkiyə münasibətlərini tam tənzimləsək, bu, Ermənistan-Azərbaycan nizamlanmasına da müsbət təsir göstərəcək”, - o deyib.
Mirzoyan bildirib ki, Türkiyə Bakı-İrəvan münasibətlərinin nizamlanmasında müsbət rol oynayır. O, sülh sazişinin Türkiyədə imzalana biləcəyini istisna etməyib.
O əlavə edib ki, məkan o qədər də əhəmiyyətli deyil: “Bir neçə paytaxt ev sahibliyi etmək üçün təklif verib. Türkiyədən isə belə bir təklif almamışıq, lakin heç bir variantı istisna etmirəm”.
Asif
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
























.jpg)















